...

YAP Xətai rayon təşkilatının daha iki ərazi partiya təşkilatı yaradıldı (FOTO)

Siyasət Materials 17 May 2022 16:01 (UTC +04:00)
YAP Xətai rayon təşkilatının daha iki ərazi partiya təşkilatı yaradıldı (FOTO)

Bakı. Trend:

Yarandığı gündən sözlə əməl birliyi, tutduğu yola sadiqliyi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşməsində özünün aydın ifadəsini tapır. Hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində dayanır, milyonların partiyası imicini daha da möhkəmləndirir. Bu inkişaf partiyanın hər bir rayon və şəhər təşkilatının fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir.

Sıralarında 18 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının üzvlərinin, eyni zamanda, ərazi partiya təşkilatlarının sayının artması da bu baxımdan diqqətçəkəndir. Belə ki, mayın 17-də YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarının sırasına daha ikisi – Məzahir Rüstəmov 21, Aşıq Ələsgər 1 a ünvanlarında yerləşən ərazi partiya təşkilatları əlavə olundu.

Yeni yaradılan ərazi partiya təşkilatlarına gələcək fəaliyyətlərində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan, tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultaydan sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs etdi. Bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, özünün real həyatda təsdiqini tapıb: “Nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın təsis olunmasının 30 illiyi ərəfəsindəyik. 30 illik zəngin yol partiyanın həyatında biri-birindən əhəmiyyətli tarixi hadisələrlə müşayiət olunur. 30 ildə əldə olunan təcrübə, möhkəm təməl gələcəyə daha böyük əminliklə irəliləməyə əsas verir. Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir üzvü yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verməyə səy göstərir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir.»

Vüqar Rəhimzadə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın möhtəşəm uğurlarından geniş bəhs etdi: “Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev sözün əsl mənasında Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi inkişaf səviyyəsinə qaldırdı. Bu gün Azərbaycan qalib ölkə kimi regionda və dünyada fəal mövqeyə malikdir. Yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatlarının müəllifi Azərbaycandır. Son 18 ildən artıq dövrün uğurlarının zirvəsində tarixi Zəfərimiz və işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri dayanır. Bu gün əsas hədəfimiz Böyük Qayıdışdır. Azərbaycanın daxilində baş verənlər- əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, qəbul onunan proqramlar, imzalanan fərmanlar, sərəncamlar, siyasi sabitlik ölkəmizin dünya birliyindəki yerini möhkəmlətdi. Bu uğurların bələdçisi olan Yeni Azərbaycan Partiyası hazırda qəbul etdiyi yeni Nizamnaməyə və təsdiqlədiyi Proqrama uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir, yeniləşdirir.”

Vüqar Rəhimzadə diqqəti hazırda ünvanladığı mesajlarla dünyaya səs salan, may ayının 12-14-də cənnət diyarımız Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına yönəldərək bildirdi ki, bərpa-quruculuq işləri nəticəsində əvvəlki görkəminə qayıdan, şöhrətini bərpa edən, nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtı statusunu qürurla daşıyan Şuşa ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirlə bir daha sübut etdi ki, qalib Sərkərdəsi olan xalq məğrurdur, yenilməzdir: “Festivalın iştirakçılarından biri kimi Qarabağımızda, Şuşamızda görülən işlərdən böyük qürur hissi keçirdim. Şuşa dirçəlir. Şuşa əməliyyatı bir dastana çevrilərək beynəlxalq səviyyədə öyrənilir. Biz bu Zəfəri həm beynəlxalq arenada, həm hərb meydanında apardığımız düzgün siyasətimiz, həm də xalq-hakimiyyət birliyi sayəsində qazandıq. Bu gün bizi azad Şuşaya aparan Zəfər yolu göstərilən qəhrəmanlıqların, şücaətin şahididir. Xalqımız tam əmirdir ki, 30 ilin işğalına 44 gündə birliyimiz, həmrəyliyimiz sayəsində necə son qoyduqsa, bərpa-quruculuq işlərini də tezliklə dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müasir tələblər səviyyəsində başa çatdıracağıq. Bununla da soydaşlarımızın Böyük Qayıdışı reallığa çevriləcək. Azad Qarabağımız, azad Şuşamız sözün əsl mənasında yeni həyatını yaşayacaq, malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər.”

Daha sonra təşkilati məsələyə baxılıb. Elşad Vəliyev Məzahir Rüstəmov küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Nərminə Hacıyeva sədr müavini, Cəmil Fətullayev Aşıq Ələsgər küçəsi 1a ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Məhəmməd Novruzov sədr müavini seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti