Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə o, İzmirdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir vilayət məclisində çıxışı zamanı elan edib.
R.T.Ərdoğan öz çıxışında seçkilərin vaxtını da açıqlayıb.
"Seçkilər gələn il iyun ayının ortalarında keçiriləcək. "Cümhur İttifaqı"ndan namizəd də Tayyib Ərdoğandır", - deyə Türkiyə Prezidenti bildirib.