...

Prezident İlham Əliyev Seyid İbrahim Rəisiyə başsağlığı verib

Siyasət Materials 9 İyun 2022 18:45 (UTC +04:00)
Prezident İlham Əliyev Seyid İbrahim Rəisiyə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti