...

Bakı dünya geosiyasi fikrin mərkəzidir - xarici ekspertlər IX Qlobal Bakı Forumunun əhəmiyyətindən danışırlar

Siyasət Materials 18 İyun 2022 08:00 (UTC +04:00)
Bakı dünya geosiyasi fikrin mərkəzidir - xarici ekspertlər IX Qlobal Bakı Forumunun əhəmiyyətindən danışırlar
Piter Teys
Piter Teys
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

Amerikalı analitik İrina Tsukerman Trend-ə bildirib ki, builki Qlobal Bakı Forumu 53 ölkədən 400-ə yaxın iştirakçını bir araya gətirərək Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu önə çıxarıb:

"Forum, hazırkı və keçmiş dövlət başçıları, eləcə də gənclər də daxil olmaqla, öz iştirakçıları ilə tədbirin dinamik və geniş auditoriyaya uyğun keçirilməsinə sadiqliyini nümayiş etdirir. Azərbaycan enerji təchizatçısı kimi getdikcə daha mühüm rol oynayaraq inkişaf edir. Bu, xüsusilə Ukraynadakı hərbi əməliyyatlar fonunda nəzərə çarpır. Bu, xüsusilə Ukraynadakı hərbi əməliyyatlar fonunda nəzərə çarpır. Azərbaycan, eyni zamanda, COVID-19 pandemiyası zamanı mühüm rolunu nəzərə alaraq, bərpa olunan enerji, yüksək texnologiyalar və səhiyyə kimi məsələlərdə Aİ tərəfdaşıdır".

O qeyd edib ki, Azərbaycanın getdikcə fəallaşan beynəlxalq mövcudluğu ABŞ tərəfindən də tanınıb və bu yaxınlarda prezident Co Bayden rəsmi Bakıya iki məktub göndərib:

"Çox güman ki, Azərbaycanın Mərkəzi Asiyada getdikcə daha təsirli rol oynayacaq. Bu səbəbdən Qlobal Bakı Forumu Azərbaycanın liderliyə olan istəklərini və daha fəal və alqışlanan beynəlxalq rolunu əks etdirən getdikcə daha geniş, iştirakçısı çox olan və rəngarəng tədbirə çevrilir və çox güman ki, növbəti illərdə daha da nüfuzlu beynəlxalq toplantıya çevriləcək".

Öz növbəsində amerikalı ekspert Piter Teis Trend-ə bildirib ki, IX Qlobal Bakı Forumu demokratik dünyanın ən nüfuzlu beynəlxalq tədbiridir:

"Bu konfransda ən aktual məsələlər öz həllini tapır. İyunun 16-da forumun açılışı tarixi nailiyyət idi, çünki əsas məruzəçilər ən yaxşı dövlət qulluqçuları və diplomatlardır".

P.Teys əlavə edib ki, Bakı dünya geosiyasi fikrin mərkəzidir və Azərbaycan Prezidenti İlham Əliyev Avropa, ABŞ və Asiyada artan diqqəti cəlb edən tədbiri keçirməkdə yüksək səviyyəli liderlik nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti