...

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib (YENİLƏNİB) (VİDEO)

Siyasət Materials 24 İyun 2022 11:19 (UTC +04:00)
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib (YENİLƏNİB) (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti