...

Ərdoğan və Putin Qarabağdakı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 20 İyul 2022 03:21 (UTC +04:00)
Ərdoğan və Putin Qarabağdakı vəziyyəti müzakirə ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Tehranda Astana formatında keçirilən sammit çərçivəsində Suriya nizamlanması, Qarabağdakı vəziyyət və ikitərəfli gündəliyi müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

"Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, perspektivli böyük ikitərəfli layihələr həyata keçirilir və inkişaf edir. Görüş dairəmizdə digər mühüm məsələ- Qarabağdakı vəziyyət", - deyə V.Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlər inkişaf edir, hər şeyə baxmayaraq, ticarət dövriyyəsi çox yüksək templə artır. V.Putin, həmçinin Astana üçlüyü sammiti çərçivəsində onun və R.T.Ərdoğanın ikitərəfli görüş keçirmək imkanının olmasından məmnunluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti