Bakı. Trend:
İtkin düşənlərlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov "Twitter" səhifəsində bildirib.
"Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar ki, 3 onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil.
"Biz beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq", - nazir yazıb.