...

Azərbaycan itkin düşmüş şəxslərlə bağlı məsələdə tərəfdaşların dəstəyinə ümid edir

Siyasət Materials 30 Avqust 2022 13:51 (UTC +04:00)
Azərbaycan itkin düşmüş şəxslərlə bağlı məsələdə tərəfdaşların dəstəyinə ümid edir
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazilərinin işğalı dövründə itkin düşmüş şəxslərlə bağlı məsələdə tərəfdaşların dəstəyinə ümid edir.

Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıllı bildirib.

O qeyd edib ki, Azərbaycan bu məsələdə Avropa İttifaqının iştirakını yüksək qiymətləndirir. Bu məsələyə, xüsusilə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin ötən ilin dekabrında verdiyi bəyanatda toxunulub.

H.Mikayıllı həmçinin vurğulayıb ki, işğal dövründə itkin düşmüş şəxslərin taleyinin müyyən olunması və axtarışı prosesini sürətləndirmək lazımdır.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti