...

Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupu Bakıda görüş keçirdi

Siyasət Materials 5 Sentyabr 2022 21:07 (UTC +04:00)

Bakı. Trend:

1 fevral 2008-ci ildə İnsan Alverinə Qarşı Mübarizə haqqında Avropa Şurasının Konvensiyası qüvvəyə minmişdir. Azərbaycan bu konvensiyanı ratifikasiya etmiş ölkələr arasında birincilərdəndir.

Trend-in məlumatına görə, Konvensiyanın icrası ilə bağlı 2014, 2018 –ci illərdə hesabatlar hazırlandıqdan sonra Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə ilə əlaqədar tövsiyələr verilmiş və Milli fəaliyyət proqramları hazırlanmışdır. 2022- ci ildə 3-cü qiymətləndirmə turu keçirilir.

GRETA ekspertlər qrupu bu məqsədlə Qeyri Hökümət Təşkilatları ilə görüş keçirdi.

Görüşdə Tematik diqqət insan alveri qrubanları üçün ədalət mühakiməsinə və effektiv müdafiə vasitələrinə çıxış yönəldildi.
Koalisiya üzvləri bu sahədə gördükləri təmamnasız işlərdən danışıblar. Görüş işgüzar səviyyədə keçib.
Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə haqqında Avropa Şurasının Konvensiyanın həyat keçirilməsinə cari ilin noyabr ayında qiymət veriləcək.

Konvensiyanın əsas dəyəri insan hüquqlarını və qurbanların müdafiəsini diqqət mərkəzində saxlamasıdır. Konvensiya insan alverinə insan alverini insan hüquqlarının, insan ləyaqətinin və toxunulmazlığının pozulması kimi müəyyən edir. Bu o deməkdir ki, milli hakimiyyət orqanları insan alveri hallarının səmərəli istintaqının təmin edilməsi yönündə tədbir görmədikləri halda məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti