...

Zatulinin erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur

Siyasət Materials 14 Sentyabr 2022 15:20 (UTC +04:00)
Zatulinin erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur

Bakı. Trend:

Rusiya Dövlət Dumuasının üzvü Konstantin Zatulin yenə də saxta erməni təbliğatına işləməkdə davam edir. Yenə “cənab” Zatulin öz tutduğu vəzifəsini, dövlətinin apardığı siyasəti ayaqlar altına ataraq sərsəmləyib, öz təbilincə Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşməsini “respublika günü” münasibətilə "təbrik edib".

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Rusiya Dövlət Dumuasının üzvü olan bir şəxsin belə bir axmaq addım atması əlbəttə ki, yolverilməzdir, ancaq söhbət Zatulindən gedirsə, burada təəccüblənmək lazım deyil çünki Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur, həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb.

“Zatulin üçün dövlət maraqları, həqiqət, ədalət, vicdan anlayışı yoxdur. Onun üçün əsas puldur, ermənilərdən pulunu alıb “işini” görürür. Zatulin barəsində, onun saxtakarlığı, satqınlığı barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasının üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi. Uzun illərdir ki, Rusiya Dövlət Dumasının üzvü Zatulin pul alaraq erməni lobbiçiliyə ilə məşğul olur, həmişə erməni diasporunun dəstəyi ilə çalışıb, Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib. Ancaq Zatulin bu dəfə həddi daha çox aşıb, Rusiya Dövlət Dumasının üzvü kimi qanunsuz silahlı dəstəni təbrik edib. Görünür Zatulin dünyadan xəbərsizdir, ya da xəbəri var, ancaq pul gözünü o qədər örtüb ki, kor olub”, - deyə deputat bildirib.

O qeyd edib ki, Rusiya Dövlət Dumasının üzvünün belə bir rəzil addım atması Rusiya dövlətinin adına da bir rüsvayçılıqdır.

“Axı Dövlət Dumasını təmsil edən bir şəxs necə qanunsuz silahlı dəstəni "təbrik" edə bilər? Zatulin burada öz dövlətini də çətin vəziyyətə salır, pul müqabilində öz dövlətinə qarşı da təxribata əl atır. Zatulin bir siyasətçi, dövlət adamı kimi anlamır ki, onun bu cür qərəzli addımları Rusiyanın dövlət siyasətinə tamamilə ziddir.

Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin Zatulin kimi pula satılmışlar öz sərsəm addımları ilə bu münasibətlərə də zərər vurmağa çalışır. Hesab edirəm ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir. Biz tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti