...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər (FOTO)

Siyasət Materials 27 Sentyabr 2022 13:00 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər (FOTO)

Bakı. Trend:

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Trend-in məlumatına görə, dövlətimizin başçısı və Birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti