Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük müharibədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad edib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi tvitter hesabında qeyd edilib.
“Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gün ərzində qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə paylaşımda bildirilib.