...

2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyacımız var - Antonio Quterreş

Siyasət Materials 29 Dekabr 2022 16:56 (UTC +04:00)

Bakı. Trend:

Yeni il yenidən doğuş anıdır. Köhnə ilin külünü çırpıb daha parlaq günə hazırlaşırıq. 2022-ci ildə dünyada milyonlarla insan sözün əsl mənasında külü təmizləyib.

Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya ictimaiyyətinə müraciətində deyib.

Baş katib bildirib ki, Ukrayna, Əfqanıstan, Konqo Demokratik Respublikası və digər ölkələrin sakinləri daha yaxşı yaşamaq üçün məhv olmuş evləri və həyatlarını tərk ediblər. Dünyada yüz milyon insan müharibələr, meşə yanğınları, quraqlıq, yoxsulluq və aclıq səbəbindən öz doğma yurdlarını tərk edib.

Müraciətində gələn il sülhə həmişəkindən daha çox ehtiyac olduğunu diqqətə çatdıran Antonio Quterreş bu istiqamətdə prioritetləri sadalayıb:

Münaqişəyə son qoymaq üçün dialoq yolu ilə bir-birimizlə əldə etdiyimiz sülh;

Daha dayanıqlı dünya qurmaq üçün təbiətimiz və iqlimlə qurduğumuz sülh;

Qadın və qızların ləyaqətlə və təhlükəsizlik içində yaşaması üçün evimizdə yaratdığımız sülh;

İnsan hüquqlarının tam qorunması ilə küçələr və icmalarımızda bərqərar olan sülh;

Bir-birimizin inancına hörmət etməklə, ibadət yerlərində qorunan sülh;

İnternetdə nifrət nitqi və sui-istifadənin olmadığı sülh.

Baş katib, həmçinin dünya ölkələrinə çağırış edib: “Gəlin 2023-cü ildə sözlərimiz və əməllərimizlə sülhə xidmət edək. Gəlin birlikdə 2023-cü ili həyatımız, evlərimiz və dünyamızda sülhün bərpa olunduğu bir il edək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti