...

Prezident İlham Əliyev: Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb

Siyasət Materials 10 Yanvar 2023 17:57 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb

Bakı. Trend:

Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Trend-in məlumatına görə, bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti