...

Prezident İlham Əliyev sayəsində ermənilər dünya arenasında Bakının mövqeyinin İrəvandan daha güclü olduğunu qəbul edirlər

Siyasət Materials 18 Yanvar 2023 15:36 (UTC +04:00)
Prezident İlham Əliyev sayəsində ermənilər dünya arenasında Bakının mövqeyinin İrəvandan daha güclü olduğunu qəbul edirlər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda İsveçrənin Davos şəhərində keçirilən və Ermənistanın dəvət olunmadığı Dünya İqtisadi Forumu İrəvanın yarasına duz səpir: ölkədə yenidən yaralı mövzu aktuallaşdı – Ermənistan beynəlxalq arenada nüfuza və təsirə malik deyil.

Bütün dünyanın diqqətinin cəmləndiyi bu tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 35 xarici işlər naziri, 30 ticarət naziri, 18 mərkəzi bank rəhbəri, BMT, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatının rəhbərləri iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev forumun işində iştirak etmək üçün Davosdadır və Azərbaycanla məhsuldar əməkdaşlıqda maraqlı olan nüfuzlu şirkətlərin rəhbərləri ilə artıq bir neçə görüş keçirib və keçirməkdədir. Bu cür görüşlər çox mühüm nəticələr verir və Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Ermənistanın baş naziri isə dəvət olunanlar siyahısında yoxdur, çünki nə az, nə çox - 30 il ərzində ancaq Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla məşğul olan bu ölkə öz dağıdıcı siyasəti ilə Cənubi Qafqaz regionunun inkişafına mane olmuş, region vasitəsilə nəqliyyat və ticarət əlaqələri üçün təhlükə törətmiş və dünya birliyi üçün heç bir regional, ələlxüsus da qlobal əhəmiyyətə malik deyil. Ermənistanın özündə bunu çox gözəl görürlər və dünya arenasında öz ölkələrinə qarşı bu cür münasibətin səbəbini dəqiq bilirlər.

Erməni siyasi icmalçı Ambarsum Kabanyanın qeyd etdiyi kimi, onun ölkəsi dəhşətli vəziyyətdədir.

“Ermənistan sağ qalmaq üçün mütləq nələrisə dəyişməlidir. Davosda keçirilən Dünya İqtisadi Forumu bunun üçün yaxşı platformadır. Forumun işində 50-dən çox dövlət və hökümət başçısı, qlobal təşkilatların və dünyanın iri şirkətlərinin rəhbərləri iştirak edəcək. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev artıq Dayanıqlı inkişaf həftəsində iştirak etdiyi Əbu-Dabidən Davosa gəlib. Azərbaycan Prezidenti BƏƏ-də aktiv şəkildə öz ölkəsinin maraqlarını irəli sürürdü. O, Davosda da bunun eynisini edəcək. Bəs, Nikol Paşinyan nə ilə cavab verəcək? Davosa getməməyi ilə. Xatırladım ki, o, ötən il də Davosda olmayıb. Hakimiyyət bu səfərin niyə planlaşdırılmaması və baş tutmamasının səbəbini açıqlamadı. Nəticədə biz özü-özünü dünyadakı ən mühüm hadisələrdən, dünyanın ən əsas iqtisadi və siyasi yığıncaqlarından təcrid edən hakimiyyətin növbəti axmaqlığı ilə qarşı-qarşıya gəlirik. Sonra isə hamımız niyə Azərbaycanın mövqeyinin dünyada daha çox eşidildiyinə və qəbul edildiyinə təəccüblənəcəyik”, - erməni ekspert qeyd edib.

Bəli, Azərbaycanın mövqeyi dünyada ona görə eşidilir və qəbul edilir ki, bizim ölkəmizin mövqeyi obyektiv reallığa əsaslanıb, Azərbaycanla müxtəlif istiqamətlərdə mühüm tərəfdaş kimi ona görə hesablaşırlar ki, bu gün Azərbaycan bir çox qlobal problemin həllində mərkəzi rol oynayır. Prezident İlham Əliyevin beynəlxalq arenada artmaqda olan nüfuzu ölkənin siyasi gücünü möhkəmləndirir, habelə, regionda baş verən proseslərə müsbət təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti