...

Prezident İlham Əliyev: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Siyasət Materials 19 Yanvar 2023 19:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Bakı. Trend:

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

Dövlətimizin başçısı bildirib: “Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti