...

Azərbaycan-Misir əlaqələrinin yenidən canlanması vacibdir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Siyasət Materials 28 Yanvar 2023 18:03 (UTC +04:00)
Azərbaycan-Misir əlaqələrinin yenidən canlanması vacibdir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan-Misir əlaqələrinin yenidən canlanması vacibdir.

Trend-in məlumatına görə, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu AzTv-nin “Əsas məsələ” verilişində bildirib.

Misirin iqtisadi siyasi baxımdan ərəb dünyasının ən önəmli ölkələrindən biri olduğunu deyən R.Hafizoğlu Azərbaycan-Misir əlaqələrinin dirçəlməsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb:

"Misir kimi regionun önəmli ölkəsi ilə münasibətlərin yenidən canlanması Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm diaspor fəaliyyəti, həm strateji tərəfdaşlıq baxımından bu vacibdir. Azərbaycan bu gün sadəcə bölgədə apardığı siyasətlə deyil, həm də müstəqil strateji addımları ilə fərqlənir, məsələn Azərbaycan Misir-Türkiyə münasibətlərindəki durğunluğu aradan qaldırmaq iqtidarındadır", - siaysi ekspert bildirib.

Siaysi ekspert eyni zamanda Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma da toxunub.

"İranda İslam İnqilabının olmasından bu günə qədər bir çox səfirliklərə hücum olub. İranın səfirliyə hücum etmə ənənəsi var. Dünyanın heç bir yerində qatil televizya kanalına çıxıb müsahibə verməz. Bunu televizya qarşısına çıxarıb, sanki qəhrəman kimi, “ailə motivi” zəminində baş vermiş kimi qələmə vermək İran siyasətinin buna bəraət qazandırmaq istəyindən irəli gəlir", - deyə R.Hafizoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti