...

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb

Siyasət Materials 1 Fevral 2023 00:41 (UTC +04:00)
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb

Bakı. Trend:

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

Trend xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq.

Qeyd edək ki, müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti