...

Bolqarıstan mətbuatı erməni feykini ifşa etdi: Azərbaycan Laçın yolunu bağlamayıb

Siyasət Materials 10 Fevral 2023 14:00 (UTC +04:00)
Bolqarıstan mətbuatı erməni feykini ifşa etdi: Azərbaycan Laçın yolunu bağlamayıb

Bakı. Trend:

Bolqarıstan mediası - "Fakti" və "The Sofia Globe" Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni feykini ifşa edib.

Trend xəbər verir ki, sözügedən KİV-lərdə dərc edilən məqalələrdə vurğulanır ki, Ermənistanın baş naziri Nikol Paşinyan və qaçaq rusiyalı milyarder Ruben Vardanyanın bəyanatlarına baxmayaraq, Azərbaycanın yolu guya “bağlamasına dair heç bir sübut yoxdur.

Bolqarıstan KİV-ləri xatırladır ki, 2022-ci il dekabrın 12-dən bu yoldan 980-ə yaxın texnikanın keçidi təmin edilib ki, onlardan 850-si Rusiya sülhməramlılarına, 120-si isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti