...

Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar - Azər Qarayev (VİDEO)

Siyasət Materials 28 Fevral 2023 17:27 (UTC +04:00)
Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar - Azər Qarayev (VİDEO)

Bakı. Trend:

Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar. Sumqayıt hadisələrindən əvvəl burada yaşayan ermənilər "Krunq" təşkilatı yaratmışdılar və onlar ora pullar köçürürdülər.

Bunu İctimai televiziyanın "Diqqət Mərkəzi" verlişində qonaq olarkən Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.

"Digər maraqlı məqam Sumqayıtda ermənilərin yaşadığı evlərə hücumlarda özünü göstərir. Belə ki, araşdırmalar zamanı məlum oldu ki, birinci mərtəbədə yaşayan erməninin evinə hücum olmayıb, amma üçüncü mərtəbədə yaşayan erməninin mənzilinə hücum edilib", - deyə A.Qarayev əlavə edib.

O bildirib ki, Sumqayıt hadisələrinin araşdırılması zamanı məlum olub ki, birinci mərtəbədə yaşayan erməni həmin "Krunq" təşkilatının üzvüdür və ora ödəniş edib, buna görə də onun mənzilinə hücum olunmayıb.

"Ümumiyyətlə, Sumqayıt hadisələrinin araşdırılması SSRİ prokurorluğuna tapşırılmışdı. Həmin mütəxəssislərin içərisində isə yerli mütəxəssis olmayıb, halbuki, yerli xüsusi xidmət orqanlarının əməkdaşları məsələni daha ətraflı araşdıra bilərdilər", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti