...

Azərbaycanın xarici işlər naziri qambiyalı həmkarı ilə görüşüb

Siyasət Materials 3 Mart 2023 23:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri qambiyalı həmkarı ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb.

Trend-in Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib. Xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə də ətraflı məlumatlandırıb.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda artıq 282 nəfərin mina qurbanı olduğunu bildirib, habelə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatından sonra Ermənistan tərəfindən 2021-ci ildə bu ölkədə istehsal olunmuş minaların Azərbaycan ərazilərində basdırılması faktlarını diqqətə çatdırıb.

Nazir Mamadu Tanqara, öz növbəsində, münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini vurğulayıb. Qambiya naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti