...

Rusiya XİN qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib

Siyasət Materials 23 Mart 2023 15:19 (UTC +04:00)
Rusiya XİN qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib.

"Bu mövzu çox həssasdır. Bu məsələ iki xalqın barışması kontekstində, tərəflər arasında dialoq şəraitində nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan normallaşmasının əsasını ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu təşkil edir. O, həmçinin humanitar məsələləri əhatə edir. Bu günün əsas vəzifəsi Bakı və İrəvanın qeyd olunan sazişlərin bütün müddəalarını ardıcıl şəkildə yerinə yetirməsidir”, - deyə o, bu gün həftəlik brifinq zamanı bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

Məktubda deyilir ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır: "İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.

İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti