...

İran tərəfinin təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz - Ayxan Hacızadə

Siyasət Materials 31 Mart 2023 15:51 (UTC +04:00)
İran tərəfinin təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz - Ayxan Hacızadə

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz.

Trend-in məlumatına görə, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavabında qeyd edilib.

"Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.

İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti