...

Rusiya regiondan kənar iştirakçıların Cənubi Qafqazda tənzimləməyə mane olmayacaqlarına ümid edir - Lavrov

Siyasət Materials 7 Aprel 2023 14:21 (UTC +04:00)
Rusiya regiondan kənar iştirakçıların Cənubi Qafqazda tənzimləməyə mane olmayacaqlarına ümid edir - Lavrov

Bakı. Trend:

Rusiya regiondan kənar iştirakçıların Cənubi Qafqazda tənzimləməyə mane olmayacaqlarına ümid edir.

Trend cümə günü Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə aparılan danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Ümid edirik ki, bəzi regiondan kənar tərəfdaşlarımız bu proseslərə mane olmayacaq və tərəfləri üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan formatında əldə olunmuş razılaşmaların ciddi şəkildə icrasına yönləndirəcək", - o deyib.

Nazir bu razılaşmaların "işin davamı üçün əsas təməl olaraq qaldığını" vurğulayıb.

Lavrovun sözlərinə görə, Rusiya region ölkələri arasında əməkdaşlığın dərinləşməsinin tərəfdarıdır.

"Bizim dəstəyimizlə başladılmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müsbət qarşılayırıq, regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması və əlbəttə ki, Cənubi Qafqazın münaqişə sonrası bərpası üzrə səyləri müsbət qarşılayırıq", - deyə Rusiya xarici işlər naziri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti