...

Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə nümunə yaratdı - Ramil Usubov

Siyasət Materials 18 Aprel 2023 09:10 (UTC +04:00)
Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə nümunə yaratdı - Ramil Usubov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə "dondurulmuş" sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı. Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib.

"Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır", - deyə R.Usubov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti