...

Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb

Siyasət Materials 25 May 2023 22:50 (UTC +04:00)
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti