...

Müdafiə Nazirliyi Ermənistan tərəfinin dezinformasiyasını təkzib edib

Siyasət Materials 20 İyun 2023 08:32 (UTC +04:00)

Bakı. Trend:

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti