Ermənistan qeyri-qanuni silahlı birləşmələrini Qarabağdan çıxarmalıdır - Amerikalı ekspertlər

Siyasət Materials 10 İyul 2023 19:25 (UTC +04:00)
Piter Teys
Piter Teys
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsindən guya “qanunsuzluğu” və “Azərbaycanın bütün silahlı qüvvələrinin Laçın yolundan çıxarılması” tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın 22 fevral 2022-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbini ədalətli şəkildə imtina etməsini alqışlayıb.

Amerikalı analitik İrina Zukermanın Trend-ə verdiyi açıqlamasına görə, bu qanuni qərar bütün dünyada erməni lobbisinin təbliğat və dezinformasiyasına qarşı çıxmaq üçün önəmli addımdır.

"Sözügedən iddiaları təsdiqləyən və ya digər sübutların olmamasına baxmayaraq Ermənistan beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Laçın yolu guya bir neçə aydır bağlanıb. Məhkəmənin qərarı təkcə Bakıda deyil, həm də erməni diasporunun fəaliyyət göstərdiyi bütün ölkələrdəki səfirliklər vasitəsilə beynəlxalq media üçün təşkil olunan mətbuat konfranslarında rəsmi şəkildə elan edilməlidir. Bundan başqa, saxtakarlıqları ifşa etmək üçün Azərbaycanın guya Laçın Sərhəd-keçid mətntəqəsi vasitəsilə humanitar yardımların sərbəst çatdırılmasına hansısa bir şəkildə mane olmasını əks etdirən video və fotoları geniş şəkildə yaymaq lazımdır”, - deyə İrina Zukerman vurğulayıb.

Zukermanın qeyd etdiyi kimi, nə qədər qəribə səslənsə də, dəfələrlə beynəlxalq hüququ pozan Ermənistan hələ də insan hüquqlarının guya “pozulduğu” barədə dezinformasiya yayır.

"Bu gerçəkliyə uyğun olmayan iddiaları yayan, onların həqiqətən etibarlı olub-olmadığını, açıq şəkildə saxta məlumat yaymaqla regional gərginliyi uzatmağa çalışan media və insan hüquqları üzrə QHT-lərin hansı məqsədə xidmət etdiyini soruşmağın vaxtı çatıb" - dedi.

Amerikalı ekspert, beynəlxalq münasibətlər və Avrasiyanın geosiyasəti üzrə tədqiqatçı Piter Teis Beynəlxalq Ədalət Məhkəməsinin son qərarını bu təşkilatın tarixində əlamətdar hadisə kimi qiymətləndirib.

Ekspert qeyd edib ki, Ermənistan Qarabağdan qanunsuz silahlı birləşmələrini çıxarmalı və Azərbaycanın suveren ərazisinə silah və sursat tədarükünü dərhal dayandırmalıdır.

"Beynəlxalq hüquqa görə, Azərbaycanın öz suveren ərazisində nəzarət aparması tamamilə qanunidir, buna görə də Azərbaycanın hüquqlarının qərəzsiz müdafiəsi düzgün qərardır. Beynəlxalq Ədalət Məhkəməsinin həyata keçirdiyi bu müsbət tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi olmadan mümkün olmazdı. Dinamik xarici siyasət yürüdən və bir çox dünya dövlətləri ilə strateji əlaqələr quran Prezident İlham Əliyevin effektiv dövlət idarəçiliyi sayəsində bu gün Azərbaycan xaricdə etimad qazanır”, - deyə Piter Teis vurğulayıb.

Xəbər lenti

Xəbər lenti