...

Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Siyasət Materials 10 Sentyabr 2023 20:38 (UTC +04:00)
Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək. Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəkdir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti