...

Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər - Kürd Mədəniyyət Mərkəzinin sədr müavini

Siyasət Materials 14 Sentyabr 2023 15:44 (UTC +04:00)
Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinin üzvü kimi xoşbəxt ola bilərlər - Kürd Mədəniyyət Mərkəzinin sədr müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycan vətəndaşı kürdlər uzun illərdir Azərbaycanda yaşayırıq və Azərbaycan xalqının burada yaşayan digər azsaylı xalqlara mehriban münasibətinin, multikultural dəyərlərin qorunmasında bizim də payımız var.

Bu barədə Trend-in suallarını cavablayarkən "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədrinin təbliğat və mətbuat üzrə müavini Emin Xanlarov deyib.

"Biz də bu cəmiyyətin üzvləriyik və çox xoşbəxtik ki, digər xalqlarla birlikdə Azərbaycanda yaşayrıq. Azsaylı xalqın nümayəndəsi olaraq hesab edirəm ki, Azərbaycanda yaşayan digər xalqlar kimi Qarabağda yaşayan ermənilər daşı ətəyindən tökməli, revanşist hisslərdən uzaq olmalıdır. Qarabağ qədim Azərbaycan torpağıdır", - deyə E.Xanlarov bildirib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın bayrağını, gerbini, qanunlarını qəbul etməli və bilməlidirlər ki, Azərbaycanda yaşayan bütün xalqlar istər kürd, istərsə də yəhudi, tat, talış xalqı xoşbəxt olduqları kimi, ermənilər də bu cəmiyyətin üzvü olaraq burada xoşbəxt ola bilərlər.

"Məhz buna görə ermənilər bu cəmiyyətin üzvü olmağa can atmalıdırlar. Amerika və digər Avropa ölkələrində yaşayan ermənilər, erməni icmaları Qarabağda yaşayan erməni xalqını revanşist hisslərə sürükləyir. Bu hisslər onların sonunu gətirə bilər. Onlar bu torpaqların tarixini dərk etməlidirlər. Azərbaycan qanunlarını qəbul edərək bu torpaqlarda birgə yaşayışı qəbul etməlidirlər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti