...

Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti BMT Nizamnaməsinin bağlı tələblərinin pozulmasıdır - Ceyhun Bayramov

Siyasət Materials 22 Sentyabr 2023 00:32 (UTC +04:00)
Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti BMT Nizamnaməsinin bağlı tələblərinin pozulmasıdır - Ceyhun Bayramov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının çıxışı zamanı deyib.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.

Nazir vurğulayıb, Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir, bu
mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir.

"Bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən
narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır.
Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə artıq çoxdan gecikmiş görüşü bu gün Azərbaycanın Yevlax şəhərində baş tutdu. Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini
təqdim etmiş və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir", - deyə C.Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti