...

İğdır-Naxçıvan qaz kəməri Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 25 Sentyabr 2023 17:15 (UTC +04:00)
İğdır-Naxçıvan qaz kəməri Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək - Rəcəb Tayyib Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında söyləyib.

“Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti