...

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Siyasət Materials 27 Sentyabr 2023 16:55 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb.

Parlamentdən Trend-ə verilən məlumata görə, sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə işgüzar səfərə gedib.

Dublin hava limanında nümayəndə heyətini Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti