Bakı. Trend:
"Türk Dünyası" (Turkic.World) media platforması türkiyəli iş adamlarının əsas informasiya mənbələrindən biridir.
Trend-in məlumatına görə, bunu MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli media platformanın rəhbəri, Trend BİA baş direktorunun müavini Rufiz Hafizoğlu ilə görüşü zamanı bildirib. O qeyd edib ki, media platforma Türk dövlətləri ilə olan münasibətlərin hər sahədə daha da inkişaf etdiyini əsas göstəricilərindən biridir.
“Türk Dünyası" (Turkic.World) media platforması ilə birgə layihələr həyata keçirməkdən məmnunuq”, - deyə Rəşad Cabirli bildirib.
Görüş çərçivəsində ikitrəfli əməkdaşlıq məsələləri və media platformasının fəaliyyəti barədə müzakirələr aparılıb.
"Türk Dünyası" (Turkic.World) media platformasının Azərbaycan və Türkiyə arasında media sahəsindəki əməkdaşlığın daha da irəliləməsinə töhfə verəcəyini qeyd edən Rufiz Hafizoğlu bildirib ki, media platforma fəaliyyət çərçivəsini daha da genişləndirəcək.
“İlin sonuna qədər yeni əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir,” – deyə Rufiz Hafizoğlu bildirib.
Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan heyəti Türk Dünyası (Turkic.World) media platforması ofisini ziyarət edib.
Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə heyətinin üzvləri Hüseyn Yapar, Muhterem Öz, Alim Şentürk, inzibati köməkçi Əhməd Əhmədli, Trend BİA-nın baş direktorunun müavini, TurkicWorld media platformasının rəhbəri Rufiz Hafizoğlu və Türkiyənin "Albayrak Media Group"-nun Azərbaycan təmsilcisi Samir Babaoğlu iştirak edib.
Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkiyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb. "Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda "Turkic.World", "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır. Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumu imzalayıb.