...

Zaxarova erməni jurnalisti yerinə otuzdurdu

Siyasət Materials 4 Oktyabr 2023 16:59 (UTC +04:00)
Zaxarova erməni jurnalisti yerinə otuzdurdu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova hər dəfə yersiz suallar verməklə özünü biabır etməkdən yorulmayan erməni jurnalisti növbəti dəfə yerinə otuzdurub.

Trend xəbər verir ki, erməni müxbirin Rusiya tərəfin erməni separatçılarının keçmiş başçılarını Qarabağdan çıxarmaq üçün nə etdiyi barədə sualını cavablandıran Zaxarova, bunun Rusiya ilə heç bir əlaqəsi olmadığını deyib.

"Siz sualı kimə ünvanlamalı olduğunuzu səhv salmısınız? Onları çıxarmaq lazımdır? Siz tamamilə hər şeyi səhv salmısınız. Əgər rəsmi İrəvanın sizin bəhs etdiyiniz vətəndaşlarına kömək üçün nə etdiyini soruşmaq istəyirsinizsə, bu sualı Ermənistan XİN-nin rəsmi nümayəndələrinə ünvanlamaq lazımdır. Əgər Rusiyanın kömək göstərmək üçün nələr etdiyini soruşmaq istəyirsinizsə, yəqin ki, ilk növbədə adını çəkdiyiniz vətəndaşların Ermənistan vətəndaşları olduğunu xatırlamaq lazımdır. Onlardan hansı isə Rusiya vətəndaşlığından imtina edib, hansı isə əvvəldən yalnız Ermənistan vətəndaşlığına malik olub", - o deyib.

Daha sonra erməni təbliğatçı Qarabağda uydurma "etnik təmizləmə" barədə sual verməyə çalışıb, lakin Zaxarova ona "sual"ını bitirməyə imkan verməyərək, sual adı altında bu cür bəyanatlar verməyin yanlış olduğunu əlavə edib.

Dialoq zamanı müxbirin hazırki Erməni hökumətinin legitimliyini tanımadığı aydın olub və Zaxarova bununla əlaqədar olaraq bildirib ki, belə olduğu halda onun suallarına cavab verməyin mənası yoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti