...

Ermənistanın manipulativ sülh bəyanatı: regionda sülhə mane olan kimdir? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 22 Noyabr 2023 21:00 (UTC +04:00)
Ermənistanın manipulativ sülh bəyanatı: regionda sülhə mane olan kimdir? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan tərəfi yenə hər zamankı kimi manipulyasiya xarakterli bəyanat verib.

İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib. Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirilib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir. Lakin biz uzun müddətdir ki, Ermənistan tərəfindən bu cür bəyanatlar eşidirik, ancaq əməldə qarşı tərəf tamam fərqli addımlar atır, sülh prosesinin ləngidilməsi üçün müxtəlif təxribatlar törədir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Ermənistan tərəfi hər zaman bu cür bəyanatlar səsləndirir, ancaq bunu sözdə deyirlər əməldə hər hansı bir addım atmırlar.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan sülh üçün hər cür şərait yaradıb.

“Sülh müqaviləsinin inmzalanmasını uzadan Ermənistan tərəfidir. Ermənistan hələ də 2020-ci il 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın Zəngəzur dəhlizi ilə bağlı bəndini yerinə yetirmir”, - deyə E.Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti