...

Prezident İlham Əliyev Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı cavabını 70 gün gecikdirdiyini Blinkenin diqqətinə çatdırıb

Siyasət Materials 28 Noyabr 2023 11:04 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı cavabını 70 gün gecikdirdiyini Blinkenin diqqətinə çatdırıb

Bakı. Trend:

Sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin dövlət başçısı İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında noyabrın 27-də baş tutmuş telefon danışığına dair məlumatında bildirilib.

Qeyd olunub ki, beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti