Bakı. Trend:
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə sərəncam
imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası
Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını
və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş
qaydada keçirilməsini təmin etməlidir.