...

Azərbaycan Serbiyanın əsl dostudur - Aleksandar Vuçiç (VİDEO)

Siyasət Materials 10 Dekabr 2023 15:40 (UTC +04:00)
Azərbaycan Serbiyanın əsl dostudur - Aleksandar Vuçiç (VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Azərbaycan Serbiyanın əsl dostudur.

Trend xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Niş (Serbiya) şəhərində Serbiya-Bolqarıstan qaz birləşdiricisinin işə salınma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Serbiyanın əsl dostudur. Biz Azərbaycanla işləməyə bundan sonra da davam edəcəyik", - deyə o bildirib.

Serbiya Prezidenti vurğuladı ki, yeni qaz interkonnektoru Serbiyaya Yunanıstanın Aleksandrupolis terminalı da daxil olmaqla 6-7 maye qaz (LNG) terminalına çıxış əldə etməyə imkan verir.

"Bu, Serbiyaya gələcək enerji təhlükəsizliyini daha da gücləndirməyə imkan verir. O, diversifikasiyanı təmin edəcək və alternativ mənbələrə çıxışa imkan verəcək. Bu layihə Serbiyanın Niş kimi regionları üçün böyük əhəmiyyət kəsb edi", - deyə A.Vuçiç əlavə edib.

Xatırladaq ki, bu gün Serbiyanın Niş şəhərində Azərbaycan təbii qazına çıxışı təmin edəcək Serbiya-Bolqarıstan İnterkonnektorunun açılış mərasimi keçirilib.

Qeyd edək ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək. Serbiya Respublikası hazırlıq və layihələndirilmə işləri üçün 15 milyon avro və 7,5 milyon avro ayırıb.

Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti