Bakı. Trend:
Sülh müqaviləsi ilə bağlı bütün təşəbbüslər Azərbaycan tərəfindən gəlib.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Burada çox həssas məqamlar var. Yanaşma ondan ibarətdir ki, hər iki tərəfin qəbul etdiyi universal prinsipləri münasibətlərin bazasını formalaşdıran o sənəd imzalansın. Təbii ki, bu bütün məsələlərin həlli olmayacaq” ,- deyə nazir qeyd edib.