...

Numan Kurtulmuş Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib

Siyasət Materials 26 Fevral 2024 12:15 (UTC +04:00)
Numan Kurtulmuş Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən uşaq, qoca və qadın deyilmədən şəhid edilən qardaşlarımızın xatirəsini rəhmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.

Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş "X" sosial media hesabında qeyd edib.

"Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onların var olacaq", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti