Bakı. Trend:
Bu gün islamofobiya ilə bağlı burada aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir və dünya üçün olduqca vacib bir məsələdir.
Bunu Trend-ə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın Cənubi Afrikadan olan iştirakçısı İbrahim Rasol deyib.
O bildirib ki, dünyada islamofobiyanın faciəvi nəticələri müşahidə olunmaqdadır.
“Bu gün bir sıra ölkələrdə islamofobiya nəticəsində insanlar qətlə yetirilir. Bu baxımdan, islamofobiyanın faciəvi nəticələrinin müzakirəsi və bunun qarşısının alınması üçün bir araya gəlməyimiz önəmlidir.
Biz islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan bu məsələlərin müzakirəsi üçün çox yaxşı platforma təqdim edir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.