...

Azərbaycan regionda sabitlik, sülhün əməkdaşlığın bərpası üçün çalışır - Rumıniyanın sabiq baş naziri

Siyasət Materials 15 Mart 2024 11:32 (UTC +04:00)
Azərbaycan regionda sabitlik, sülhün əməkdaşlığın bərpası üçün çalışır - Rumıniyanın sabiq baş naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionda sabitlik, sülhün əməkdaşlığın bərpası üçün çalışır, səy göstərir.

Bunu Trend-ə açıqlamasında Rumıniyanın sabiq baş naziri Petre Roman deyib.

O qeyd edib ki, Azərbaycan ötən il sentyabrda öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

“Azərbaycanın torpaqları 30 il Ermənistanın işğalı altında qaldı. İşğala son qoymaq üçün hərbi yoldan başqa yol qalmamışdı. Bütün beynəlxalq sənədlərdə o ərazilər Azərbaycanın suveren ərazisi olaraq tanınır. Ötən il antiterror tədbirlərindən sonra dünya elə düşündü ki, Qarabağdakı ermənilər evlərindən qovuldu. Lakin həqiqət bu deyil. Azərbaycan dəfələrlə bildirib ki, Qarabağın erməni sakinləri oranı tərk etmək istəyirsə, bu, onların öz seçimidir. Onlar Qarabağda qalmaq istəyirlərsə, Azərbaycan vətəndaşlarını məxsus bütün hüquqlardan yararlanacaqlar.

İki ölkə arasında sülh sazişinə gəldikdə isə ümid edirəm ki, bu saziş tezliklə imzalanar. Azərbaycan iqtisadi və siyasi cəhətdən güclü dövlətdir. O çalışır ki, regionda sülh və sabitlik tezliklə bərpa olsun”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti