...

Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir - Volfqanq İşinger

Siyasət Materials 16 Mart 2024 09:21 (UTC +04:00)
Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir - Volfqanq İşinger
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir.

Trend xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Bosniya və Herseqovina və digər ölkələr üzvlük üçün nə qədər gözləməlidir? Bu o deməkdir ki, danışıqlar yolunda getmir. Bu səbəbdən Avropa Birliyinə qəbul prosesi nəzərdən keçirilməlidir.

Dünyada olan münaqişələr yeni çağırışlar ortaya qoyur. İndiki Avropa birliyi keçmişdən fərqlənir. İstifadə olunan alətlər, prosedurlar yenidən işlənməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti