Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xalq artisti Məbud Məhərrəmov olub.
O, bəzi kənar qüvvələrin hər vəchlə Bakı və İrəvan arasında sülh prosesini ləngitməyə çalışdığını qeyd edib.
"Azərbaycan və Ermənistan vasitəçilər olmadan razılığa gəlməlidir. Biz özümüz təmasa girməyin yollarını tapmalıyıq. Lakin öz şəxsi maraq və ambisiyalarından çıxış edərək, hər vəchlə bu prosesi ləngitməyə və istiqamətini dəyişdirməyə çalışan kənar qüvvələr çoxdur", - deyə M.Məhərrəmov əlavə edib.
Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:
(Tərcümə: Rəna Əbdürəhmanova)