...

Fransa hələ də Azərbaycanın qələbəsini həzm edə bilmir - ŞƏRH

Siyasət Materials 21 İyun 2024 14:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan uzun illərdir Fransanın məkirli siyasətindən əziyyət çəkir. Bu gün də Fransa bu məkirli siyasətini davam etdirərək Ermənistanı silahlandırmaqla regionda gedən sülh prosesinə təhdidlər yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, ümumiyyətlə terrora dəstək Fransa siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

"Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkmək niyyətində deyil. Biz hər zaman Fransanın Azərbaycana qarşı qərəzli və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın ölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Görünür Fransa hələ də Azərbaycanın qələbəsini həzm edə bilmir və o üzdən Ermənistanı silahlandırmaqla regionda sabitliyi pozmağa cəhd edir. Lakin Fransanın bu cəhdləri əbəsdir. Azərbaycan qüdrətli ölkədir və güclü ordusu var. Azərbaycan hər zaman ölkəmizə qarşı istənilən təxribatın və təhdidin qarşısını layiqincə almağa hazırdır. Azərbaycan heç zaman kənar qüvvələrin regionda müdaxilə etməsinə imkan verməyib və bundan sonra da verməyəcək.

Yaxşı olardı ki, Fransa regionumuzda proseslərə müdaxilə etmək əvəzinə öz qaranlıq tarixinə diqqət yetirsin, ölkəm daxilində baş alıb gedən problemlərin, polis zorakılığının, demokratiya və insan hüquqların pozuntusunun qarşısını alsın. Fransanın tarixdə törətdiyi terror hadisələri, müstəmləkəçilik siyasəti hər kəsə yaxşı məlumdur. Afrikada Fransanın törətdiyi terror əməlləri, o cümlədən Fransanın iradəsinə tabe olmayan siyasətçilərin fikizi məhv edilməsi Fransa tarixinin qara ləkəsidir”, - deyə deputat bildirib.

Hərbi ekspert Ramil Şərifov isə bildirib ki, Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülh prosesinə mane olur.

"Bu hal Ermənistanın sülh sazişi imzalamaq istiqamətində fəaliyyətinə müsbət təsir edə bilməz. Bu bölgədə vəziyyətin gərginləşməyinə xidmət edir. Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi buna əyani sübutdur. Ermənistana əlavə silahlar vermək rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir. Fransa ermənilərin əli ilə Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir.

Lakin Ermənistan bilməlidir ki, Fransanın təxribatlarına getməməlidir. Yoxsa ən sərt şəkildə Azərbaycan Ordusu tərəfindən cəzalandırılacaq. Bu gün Azərbaycan Ordusunun gücü bütün dünya ölkələrinə məlumdur. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti