...

Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır - Rüstəm Qasımov

Siyasət Materials 27 İyun 2024 11:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin qərarında çox vacib məsələlər, problemlər qaldırılmışdır, hesab edirik ki, əsaslıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

Rüstəm Qasımov bildirib ki, xüsusilə də Konstitusiya Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli Qərarında çox maraqlı bir məsələyə toxunulmuşdur. Bu məsələ nədən ibarətdir? Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, Milli Məclis təbii olaraq deputatların mütləq əksəriyyəti ilə öz qərarlarının, öz işinin aparıb-apara bilməyəcəyi barədə qərar qəbul etməyə səlahiyyətlidir. Həmin qərardan bizim anlayışımız ondan ibarətdir ki, biz bu məsələdə Milli Məclisin bu qərarını əsas götürüb ona hörmətlə yanaşmalıyıq. Hesab edirik ki, bu halda Milli Məclis 105 səs çoxluğu ilə qərara gəlmişdir ki, seçkiləri daha əvvəl keçirmək daha məqsədəmüvafiqdir. Biz də düşünürük ki, bu mövqe əsaslıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası işə başlayıb. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılır.

Xəbər lenti

Xəbər lenti