...

Prezident İlham Əliyev iki qanunda dəyişikliklə bağlı fərman imzaladı

Siyasət Materials 27 İyun 2024 13:45 (UTC +04:00)
Prezident İlham Əliyev iki qanunda dəyişikliklə bağlı fərman imzaladı

Bakı. Trend:

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanundan irəli gələn digər məsələləri həll etməlidir.

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanın 2.1-2-ci bəndində ikinci halda “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilməlidir.

Xəbər lenti

Xəbər lenti