...

Parlament seçkiləri Azərbaycanda davamlı islahatlara və sabitliyə yol açır - Karlos Uriarte Sançes

Siyasət Materials 6 Sentyabr 2024 23:10 (UTC +04:00)
Parlament seçkiləri Azərbaycanda davamlı islahatlara və sabitliyə yol açır - Karlos Uriarte Sançes
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan parlament seçkilərindən sonra uğurlu islahatlar və sabitlik kursunu davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İspaniyanın Pan-Avropa Assosiasiyasının baş katibi, Beynəlxalq Pan-Avropa İttifaqının Rəyasət Heyətinin üzvü, İspaniyanın Rey Xuan Karlos Universitetinin hüquq professoru Karlos Uriarte Sançes deyib.

“Sentyabrın 1-də keçirilən Azərbaycan Respublikası parlamentinə növbədənkənar seçkilər insidentsiz keçdi. Bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyası səs çoxluğu - 125 yerdən 68-ni əldə edib”, - deyə o bildirib.

O qeyd edib ki, bu seçkilər ölkənin Qarabağ bölgəsi erməni işğalından azad edildikdən sonra ilk dəfə keçirildiyi üçün çox əhəmiyyətli idi.

“Azərbaycanın ATƏT, Avropa Şurası və GUAM-a üzvlüyü onun demokratiyaya, islahatlara sadiqliyini və beynəlxalq hüquqa əsaslanan dünyanın bir hissəsi olmaq istəyini nümayiş etdirir”, - deyə professor qeyd edib.

Sançes əlavə edib ki, Yeni Azərbaycan Partiyasının parlamentdə yerlərin əksəriyyətini əldə etməsi ölkənin uğurlu islahatlara və sabitliyə doğru kursunu təmin edəcək.

"Ona görə də aydındır ki, hökumət islahatlara ardıcıl yanaşmasını davam etdirəcək, sabitliyi prioritetləşdirəcək. Bu, ölkəyə həm milli, həm də beynəlxalq səviyyədə böyük uğurlar qazandırıb”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti