...

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi

Siyasət Materials 8 Oktyabr 2024 12:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda Ali Məhkəməyə, Naxçıvan Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyevin və Əli Məmmədovun, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədovun, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədovanın, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif edilib. Bununla yanaşı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizovun, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundovun və Vahid Hacıyevin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib. Eyni zamanda Azər İsmayılovun vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə əksini tapıb.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqovun, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunması, Samir Mayılovun vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti